Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın istefası tələb olunub, baş nazirə qarşı impiçment proseduru başlanacaq

"Vətən naminə Tavuş" hərəkatının iştirakçıları Ermənistanın paytaxtı İrəvanın Respublika meydanında mitinqi keçirib.

 

Mitinq arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə başlayıb. O, İrəvanda keçirilən mitinqdə meydana toplaşan etirazçılarla birgə Ermənistan himnini və mahnılar oxuyub.

 

Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanın istefaya getməsini tələb edib.

 

Lakin Ermənistanın baş naziri Nikol Paşinyan istefa verməyib.

 

Baqrat Qalstanyan isə parlament vasitəsi ilə impiçmentə hazır olduqlarını açıqlayıb. Arxiyepiskop mübarizənin davam etdiriləcəyini bildirib.

 

O, həmçinin, əlavə edib ki, hərəkatı dəstəkləyən parlamentin üç partiyasından nümayəndələrlə gələcək fəaliyyətlə bağlı məsləhətləşmə aparacaq.

 

O, bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.

 

Qeyd edək ki, mayın 4-dən Tavuş rayonundan başlayan “Vətən üçün Tavuş” hərəkatının yürüşü bu gün İrəvana çatıb. Etiraz hərəkatı aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Tavuş bölgəsindən delimitasiyaya başlamaqla bağlı razılığa gəlindikdən sonra başlayıb. Mayın 4-də arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə İrəvana yürüş başlayıb.