Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyanın istefası müzakirə mövzusu deyil - "Vətəndaş müqaviləsi"

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyası müxalifətin addımları fonunda baş nazir Nikol Paşinyanın mümkün istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsini müzakirə etmədiklərini bəyan edib.

TASS xəbər verir ki, bu barədə partiyanın sədr müavini, deputat Vaaqn Aleksanyan brifinqdə bildirib.

“Gündəlikdə növbədənkənar parlament seçkilərinin keçirilməsi yoxdur. Müxalifət mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq. Müxalifətin baş nazirin impiçment prosesinin başlanılması ilə bağlı bəyanatına gəlincə, onlar buna başlaya bilməyəcək, başlasalar belə, uğursuzluğa düçar olacaqlar. Nikol Paşinyanın istefası məsələsini niyə müzakirə etməliyik? Axı, ölkədə siyasi böhran yoxdur”, - o qeyd edib.