Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyandan mesaj: "Azərbaycan və Türkiyə ilə düşmənçilik olmamalıdır"

Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyini sıfıra endirməyə nail olmalıyıq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransında bildirib.

O, Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafı regional mühitin normallaşmasını rəsmi İrəvanın mövqeyi saydığını bildirib.