Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib
02 Avqust 2026
Nikol Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edilib.
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu barədə müvafiq fərmanı imzalayıb.
Fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.
***
14:34
"Vətəndaş müqaviləsi" partiyası Nikol Paşinyanın ölkənin Baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi üçün zəruri sənədləri təqdim edib.
Erməni mediasının verdiyi məlumata görə, Milli Assambleyada parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi "Vətəndaş müqaviləsi" Ermənistan Respublikası Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, Konstitusiyada nəzərdə tutulan təyinat prosedurunun təmin edilməsi məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini ölkə Prezidentinə təqdim edib.
Qeyd edək ki, bu gün Knyaz Həsənovun sədrliyi ilə Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclası başlayıb. Prosedura uyğun olaraq Ermənistan hökuməti istefa verib.