Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan sülh istəyir: "Azərbaycan, Gürcüstan və Ermənistanın regional dialoq formatı qurulsun"

“Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə regional dialoq formatının qurulmasını təklif edirəm”.

“Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“İdeya yeni deyil və mən həmişə bunu dəstəkləmişəm”, - hökumət başçısı bildirib.

N.Paşinyan həmçinin vurğulayıb ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmunu və keyfiyyəti dəyişməlidir: “Bunun üçün sadə, amma vacib məsələlərdən başlamaq lazımdır”.