Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: “Sərhədlərin demarkasiyası tərəflərin bir-birinə inamını artırmalıdır”

Ermənistan Qarabağ uğrunda savaşmaq niyyətində deyil, baş nazir Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində bildirib.

"Demək istəyirəm ki, Ermənistan Qarabağ uğrunda savamaq niyyətində deyil. Bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda heç bir ambisiyamız yoxdur və ümid edirik ki, demarkasiya prosesində Ermənistanın ərazi bütövlüyü bərpa olunacaq", -  o  deyib.

Paşinyan ümidvar olduğunu bildirib ki, artıq əldə edilmiş razılaşmalar Ermənistanda və Azərbaycanda sülhə inamı artıracaq, baxmarayaq ki, hazırda böyük inamsızlıq var.

Silah alışına gəlincə, Paşinyan deyib ki, Yerevan yalnız müdafiə silahları alır və ölkənin müdafiə xərcləri Azərbaycanın xərclərindən xeyli azdır.

"Biz ancaq müdafiə silahları alırıq. Bizim müdafiə xərclərimiz Azərbaycanın xərclədiyi məbləğin cəmi 15-20 faizini təşkil edir. Biz Azərbaycana silahlara nəzarəti, qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini və hücum etməmək haqqında pakt təklif etdik. Təkliflərimiz qüvvədə qalır, xüsusən də münasibətlərimizin əsasında Almatı bəyannaməsinə əsaslandığımızı nəzərə alaraq vəziyyəti sabitləşdirə bilərdik", - o  deyib.

Baş nazir həmçinin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etibar etmək olmaz.

"Əgər güvənilməyən bir təşkilata arxalanırıqsa, təkcə biz yox, başqaları da ona etibar edə bilməz. Erməni cəmiyyəti bizdən soruşur niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa davam edirsiniz? Düzünü desəm, bu suala cavabım yoxdur", - Paşinyan deyib.