Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Rusiyaya gedib - MDB sammitində iştirak edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün yola düşüb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı olacaq.

Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir.