Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Rusiyanın qaz tədarükü ilə bağlı təhdidlərinə münasibət bildirib

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvan bütün məsələlərin həlli üçün rus tərəfdaşlarla sakit və ardıcıl şəkildə işləməyi nəzərdə tutduğunu bəyan edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

"Bizim strategiyamız dəyişməz olaraq qalır: Rusiyalı həmkarlarımızla sakit, əsəbsiz, səbirlə işləyəcəyik və bütün problemləri həll edəcəyik", - o, Rusiyanın qaz və digər resursların tədarükünə dair sazişlərin yenidən nəzərdən keçirilməsi ehtimalı barədə bəyanatlarını şərh edərkən bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan müxtəlif tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirməyə davam edəcək və xarici əlaqələri şaxələndirməyə çalışır.