Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: "Qarabağı itirməmişik, Ermənistan Respublikasını tapmışıq"

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin "Qarabağı itirməsi" ilə bağlı ittihamlara cavab verib.

 Ermənistan mediası xəbər verir ki, parlamentdə danışan baş nazir Paşinyan "Dağlıq Qarabağı itirdiyimiz barədə çox danışılıb. Təbii ki, mən bu barədə çox fikirləşmişəm və qənaətim belədir ki, biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını tapmışıq" deyə bildirib.

Paşinyanın sözlərinə görə, uzun illər ərzində Qarabağ məsələsindən Ermənistanın inkişafını əngəlləmək üçün vasitə - "qandal" kimi istifadə olunub.

"Ermənistan Respublikası inkişaf edir və mən onun gələcəyinə həmişəkindən daha nikbin baxıram", - Paşinyan vurğulayıb.