Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan: Qarabağ heç zaman bizim olmayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.

O, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub.

Paşinyan ermənilərin "Qarabağda torpaq itirilməsi" ilə bağlı iddialarına münasibət bildirərkən "Bu torpaq necə bizim ola bilərdi? İzah edin, necə bizim idi?" sualını səsləndirib.

Baş nazir qeyd edib ki, həmin ərazilər uzun illər müəyyən şəxslərin nəzarətində olsa da, orada normal yaşayış və dövlət infrastrukturu formalaşdırılmayıb.

"Mən ölən insanları təhqir etmək istəmirəm. Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik? Fabrik tikmişik? Uşaq bağçası açmışıq? Orada yaşayışımız var idimi? Ora bizim deyildi", - deyə Paşinyan bildirib.