Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Lukaşenkodan küsüb: "Üzr istəməlidir"

Bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Ermənistan KİV-i xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm”, - o vurğulayıb.

N.Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər.