Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan keçmiş prezidentləri "yarımcan" adlandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" səhifəsində ölkənin keçmiş prezidentləri Serj Sarqsyanı və Robert Koçaryanı "yarımcan" adlandırıb.

NEWS.ru xəbər verir ki, bununla da baş nazir keçmiş prezidentlərin 2018-ci ildə N.Paşinyanın hakimiyyətə gəlməsində kimin təqsirkar olması barədə müzakirələrinə qoşulub.

"İki yarımcan şəxs öz ətrafı ilə kimin məni hakimiyyətə gətirdiyinə dair mübahisə edərək, bir-birindən həqiqəti deməyi tələb edir. Bəs bu seçki fırıldaqçılarını və qəsbkarlarını hakimiyyətə kim gətirib?" , - deyə o bildirib.