Paşinyan: "Ermənistan ilin sonuna qədər Aİ-yə üzv olmağa hazırdır"
14 May 2024
Ermənistan 2024-cü ildə Avropa İttifaqına üzv olmağa hazırdır.
Baş nazir bunu Kopenhagen Demokratiya Sammitində müzakirələr zamanı Ermənistanın Aİ-yə daxil olmaq istəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün Danimarkaya işgüzar səfərə gedib.
Məlumata görə, Kopenhagendə onun danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Qade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqları planlaşdırılıb.