Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan dekabrda Rusiyaya dalbadal 3 dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya 3 səfər planlaşdırdığını bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

"Dekabrda 3 dəfə Rusiyada olacağam. Danışıqlar üçün 3 səfər edəcəyəm – dekabrın 3, 11 və 22-si", - Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətlərində dostluq mühitinin qorunub saxlanmasına ümid edir.