Paşinyan: “Bakının tələbilə konstitusiyanı dəyişdirməyəcəyik”
12 İyun 2024
Sülh müqaviləsinin mətni tam hazırdır və əvvəllər imzalanmış ikitərəfli sazişlər nəzərə alınmaqla yekun formaya gətirilə bilər. Bu barədə iyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Bakının konstitusiyanı dəyişdirmək tələbini şərh edən Paşinyan işarə edib ki, bu, Ermənistanın daxili işidir.
"Hesab edirəm ki, bu məsələni danışıqlarla əlaqələndirmək sülh prosesini əngəlləmək cəhdidir", - o deyib.
"Mən 2018-ci ildə, sonra 2019-cu ildə konstitusiyanın dəyişdirilməsindən danışdım və bu, yalnız demokratik islahatlarla bağlıdır. Biz dedik ki, konstitusiyanın dəyişdirilməsi danışıqların bir hissəsi ola bilməz", - o vurğulayıb.
“Sülh müqaviləsinin imzalanmasına qədər Azərbaycanla kommunikasiyaların açılması mümkündürmü” sualına cavabda baş nazir bunun mümkün olduğunu deyib.
"Praktiki addımlarla real dünyanı formalaşdırmaq və sonra sazişi imzalamaq tamamilə mümkündür. Ancaq istənilən halda sülh müqaviləsi imzalanmalıdır", - Paşinyan deyib.