Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənəcəyinə ümid edir
05 Mart 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
“Armenpress” xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə bəyan edib.
Paşinyanın sözlərinə görə, iki ölkənin münasibətlərində iqtisadi gündəm siyasi gündəm üzərində üstünlük təşkil etməyə başlayır.