Paşinyan: ATƏT-in Minsk qrupu de-fakto fəaliyyətini dayandırıb
13 İyun 2024
ATƏT-in Minsk qrupu 2022-ci ilin fevralından sonra fəaliyyətini de-fakto dayandırıb.
TASS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“ATƏT-in Minsk qrupunun üzvləri 2022-ci ilin fevralından sonra və hətta ondan əvvəl də bir-biri ilə təmasda olmayıb. Başqa sözlə, ATƏT-in Minsk qrupu de-fakto mövcud deyil”, - o vurğulayıb.