Paris Bakı və İrəvan arasında ikitərəfli danışıqları alqışlayır
13 May 2024
Fransa mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında keçirilən görüşü və danışıqları alqışlayır. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin 12 may tarixli bəyanatında deyilir.
«Fransa tərəflərin 7 oktyabr 2022-ci il tarixində Praqada keçirilmiş dördtərəfli görüşdə başlayan prosesin davamı kimi ərazi bütövlüyünün qarşılıqlı tanınması üzrə 1991-ci il Almatı bəyannaməsinə sadiqliyi təsdiqlənməsinin vacibliyini vurğulayır.
Bu kontekstdə Paris 19 aprel 2024-cü il tarixli bəyannamədə razılaşdırılmış prinsiplərin əsasında yerlərdə sərhədin demarkasiyasını davam etdirməyə çağırır. Eyni zamanda, Paris iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə danışıqların davam etdirilməsinə çağırır.
Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına kömək etmək təşəbbüsünü alqışlayırıq.
Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və möhkəm sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birlikdə işləməyə davam edəcək", - bəyanatda deyilir.