Papoyan: Ermənistan və Azərbaycanın yüz milyonlarla dollarlıq ticarət potensialı var
26 Fevral 2026
Ermənistan və Azərbaycan yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialına malikdir.
Bu barədə jurnalistlərə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
O xatırladıb ki, Bakı İrəvana Ermənistana tədarük edə biləcəyi "çoxsaylı malların siyahısını" təqdim edib.
"Biz də öz növbəmizdə onlara (Azərbaycana - red.) öz siyahımızı təqdim etmişik. Ticarət olacaq. Mən əminəm ki, yüz milyonlarla dollarlıq ikitərəfli ticarət potensialı mövcuddur", - nazir bildirib.