Pakistanda törədilən terror aktı - 14 nəfər öldürülüb
03 Avqust 2026
Pakistanın Hayber-Paxtunxva əyalətindəki polis bölməsi yaxınlığında törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 14-ə çatıb, 20 nəfər isə yaralanıb.
"Dawn" qəzeti xəbər verir ki, polis əməkdaşları bölmənin girişində onu saxlamağa və yoxlamağa cəhd etdikdən sonra kamikadze partlayıcı qurğunu işə salıb.
Qeyd olunub ki, partlayış həmin vaxt Svat vadisində terror fəaliyyətinin artmasına qarşı izdihamlı mitinqin keçirildiyi Kabal-Çouk meydanının yaxınlığında baş verib.
Daha əvvəl yeddi nəfərin öldüyü, 18 nəfərin isə xəsarət aldığı bildirilmişdi.