Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistanda terror: 25 polis hılak olub, 27 terrorçu zərərsizləşdirilib

Pakistanın şimal-qərbində yerləşən polis məntəqəsində partlayış baş verib. Terror aktı bomba yüklü avtomobil vasitəsilə həyata keçirilib. Hdisədən sonra ərazidə atışma baş verib.

“Reuters”in məlumatına görə, terror aktı Heybər Pahtunhva əyalətinin Dera İsmayıl Xana bağlı Darazin və Kulaçi qəsəbələrində törədilibbaş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə 2 hərbçi həyatını itirib, 4 silahlı məhv edilib. Ümumilikdə 25 hərbçi ölüb, 27 silahlı zərərsizləşdirilib.

Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb. Bu qruplaşma 2007-ci ildə yaranıb. Onun hədəfi Pakistanda hakimiyyəti dəyişməkdir. “Tahreek-e-Jihad Pakistan”ın Əfqanıstandakı “Taliban”la sıx əlaqəsi olduğu bildirilib.