Pakistan və Əfqanıstan arasında hərbi toqquşma olub
30 May 2025
Pakistan hərbçiləri ilə "Taliban" hərəkatının üzvləri arasında Əfqanıstanın Hilmand vilayətində silahlı qarşıdurma qeydə alınıb.
Bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, insident Pakistanda yeni nəzarət-buraxılış məntəqəsinin tikintisi fonunda baş verib.
Hadisə ilə bağlı əlavə detallar barədə məlumat verilməyib.