Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistan Əfqanıstanın sərhəd postlarını darmadağın edib, 133 hərbçisini öldürüb

Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.

İslam Respublikasının informasiya naziri Attaulla Tarar bu barədə "X"də bildirib.

Onun sözlərinə görə, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla 80-dən çox hərbi texnika sıradan çıxarılıb. "Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.