Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özgür Özel açıqladı: "Azərbaycan, Rusiya və Çinə gedəcəm"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel Azərbaycan, Rusiya və Çinə səfər edəcək.

Bunu “Sözçü” qəzetinə müsahibəsində bildirib ki, yalnız Avropa İttifaqına (Aİ) daxil olan ölkələrlə əlaqələr qurmur.

Onun sözlərinə görə, səfər edəcəyi hər üç ölkənin rəhbərləri ilə görüşləri baş tutacaq.

“Səfərlər bu gün və ya sabah olmayacaq, amma mütləq olacaq”, - partiya sədri bildirib.

O, müsahibəsində iyunun 9-dan sonra Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini də vurğulayıb.