Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özbəkistan millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatında iştirak edəcək

Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Özbəkistanlı futbolçular DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində BƏƏ ilə səfərdə 0:0 hesablı heç-heçə ediblər.

Bununla da, Özbəkistan millisi 18 xal toplayaraq A qrupunda ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan (14 xal) BƏƏ komandası Özbəkistan yığmasını qabaqlamaq şansını itirib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.