Ötən il Azərbaycanda xərçəngdən 8305 nəfər ölüb
27 Oktyabr 2023
Xərçəng xəstəliyindən ölənlərin 8305 nəfərindən 1121-i süd vəzisi xərçənginin payına düşüb.
Pressklub.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov Bakıda keçirilən II Süd Vəzi Xərçəngi Beynəlxalq Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il süd vəzi xərçəngi ilə bağlı Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda 1528 cərrahi əməliyyat icra olunub: "Bundan başqa, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 64, özəl xəstəxana və tibbi turizmlə əlaqəli 108, ümumilikdə, özəl müəssisələrdə isə 862 əməliyyat icra olunub".
N.Qasımov bildirib ki, hazırda ölkədə, ümumilikdə, 31 mamoqraf fəaliyyət göstərir: "Bu da çox azdır. MRT aparatlarının da sayı ölkə üzrə cəmi 11 ədəd təşkil edir".
Tədbirdə çıxış edən ATU-nun Onkologiya kafedrasının dosenti Həqiqət Vəliyeva deyib ki, hələ də süd vəzi xərçəngini protokola uyğun müalicə etdirməyən xəstələr var.
O bildirib ki, bu gün hətta xalq təbabəti ilə xərçəngi sağaltdığını iddia edən, savadsızcasına diaqnoz qoyan, müalicə etməyə çalışan, eləcə də bir başqasının əməliyyat nəticəsini özününkü kimi təqdim edən şəxslər var.