Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuzun iki hərbi qulluqçusu dünyasını dəyişib

Azərbaycan Ordusunun hərbi qulluqçuları, tibb xidməti polkovnik-leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən dünyasını dəyişib.

Polkovnik-leytenant F.Quliyev onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə uzun müddət hərbi hospitalda müalicə alırdlar.

Həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbçilərimizin ailələrinə dərin hüznlə başsağlığı verir.