Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordu bir sıra istiqamətlərdə əks-hücuma keçib - Ukrayna Prezident Ofisi

Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə əks-hücuma keçib.

Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O, ölkədəki son durumu açıqlayıb.

“Hazırda nə baş verir? Birincisi, Ukrayna Silahlı Qüvvələri bir sıra operativ istiqamətdə əks-hücuma keçib. Bu, tərəflərin dispozisiyasını kardinal şəkildə dəyişir.

İkincisi, rusiyalı jurnalistlərin telekanallarından qaçışı başlayır.

Nəhayət Rusiya rəhbərliyi əsgərləri ölməyə hazır olan müttəfiqlər axtarmağa çalışır”, - o qeyd edib.