Logo
news content
User
Kateqoriyalar

Xəbər

Orbandan Ukraynaya 100 illik qadağa

Macarıstan Baş naziri Viktor Orban Davos İqtisadi Forumunda bildirib ki, Budapeşt bir əsr boyu Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləməyəcək.

Bu barədə "RBK-Ukrayna" "Telex"ə istinadən məlumat yayıb.

Macarıstan lideri Aİ-nin genişlənməsi ilə bağlı mövqeyini bir daha təsdiq edib. Ukraynanın yaxın gələcəkdə bloka qoşulmaq imkanının olmadığını vurğulayıb. "Düşünürəm ki, növbəti 100 il ərzində Macarıstanda ukraynalıların Aİ-yə üzvlüyünə səs verən parlament olmayacaq", - Orban deyib.

Avrointegrasiyanı bloklamaqdan əlavə, Macarıstan Baş naziri Ukrayna hakimiyyətini onun hökumətini destabilizasiya etmək cəhdlərində ittiham edib. V.Orbanın fikrincə, Kiyev Macarıstanın siyasi rəhbərliyinin daha münasib bir rəhbərliklə əvəzlənməsində maraqlıdır.

"Biz onların Aİ-yə üzv olmalarını istəmirik. Etiraf etmək lazımdır ki, Ukrayna Macarıstanın seçki kampaniyasının fəal iştirakçısı olacaq, çünki Macarıstanda hökumətin dəyişdirilməsi onların fundamental maraqlarındadır. Bunu bəyənmirəm və biz bununla mübarizə aparacağıq", - deyə Orban əlavə edib.