"Omikron" "məğlubedilməz əjdahaya" çevrilir?
07 Yanvar 2022
“Koronavirusun “Omikron” ştammı virusa təkrar yoluxma şansını artırır”.
Bunu rusiyalı həkim-terapevt, “Həkim kitabçası” əlavəsinin yaradıcısı Konstantin Xomanov deyir.
“Koronavirusun “Omikron” variantında insan orqanizminin hüceyrələri ilə qarşılıqlı əlaqəyə cavabdeh olan və virusun nüfuzetmə gücünü artıran sünbül zülalında bir sıra mutasiyalar müşahidə olunur. “Omikron” yüksək yayılma sürətinə malikdir, mövcud terapevtik dərmanlara (monoklonal anticisimlər) həssaslığı azaldır, əvvəlki xəstəlik və ya peyvənd nəticəsində bədənin immun reaksiyasının effektivliyini azalda bilər”, - deyə mütəxəssis vurğulayıb.
O, “Delta”ya təkrar yoluxma şansını 8 %, “Omikron”a yoluxma şansını isə 19 % qiymətləndirib. (oxu.az)