“Omikron” “Grammy”ni təxirə saldı
06 Yanvar 2022
Yanvarın 31-də Los-Ancelesdə baş tutması gözlənilən “Grammy” musiqi mükafatının təqdimetmə mərasimi koronavirusun “omikron” ştamının yayılması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Bu barədə Milli İncəsənət və Səsyazma Texnologiyaları Akademiyasının saytında dərc olunmuş press-relizdə deyilir.
Tədbirin yeni keçirilmə tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, gözlənilən mükafatlandırılma mərasimində musiqiçilər 85 nominasiyada yarışacaqlar.