
Omandakı danışıqlar başlayır: İranı Əraqçi, ABŞ-ni isə Uitkoff təmsil edəcək
08 Aprel 2025
İran xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Omanda keçiriləcək görüşdə əsas danışıqçılar kimi çıxış edəcəklər.
TASS xəbər verir ki, bu barədə İranın “NourNews” agentliyi məlumat yayıb.
Daha əvvəl A.Əraqçi "X" sosial şəbəkəsindəki səhifəsində Vaşinqton və Tehran arasında aprelin 12-də Omanda birbaşa olmayan danışıqlar keçiriləcəyini bildirmişdi.