Logo
news content
User
Kateqoriyalar

Xəbər

Öləziyən etirazlar fonunda - "Serj Sarkisyanın müxalifəti" fəaliyyətini dayandırır

Azadlıq Radiosunun erməni xidməti – "Azatutyun" xəbər verir ki, müxalifətin “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan deputat mandatından imtina etməsi barədə Milli Məclisin spikeri Alen Simonyana ərizə təqdim edib.

Milli Məclisin mövcud reqlamentinə görə Artur Vanetsyanın deputat səlahiyyətlərinə bir həftədən sonra xitam verilməlidir.

Vanetsyan həmin müddətdə ərizəsini geri götürə bilər.

O özünün Facebook səhifəsində yazıb ki, arıq özünü hazırkı parlamentdə görmür:

“Ermənistan Respublikasının vətəndaşı səs vermişdi ki, biz bu hakimiyyətin destruktiv fəaliyyətinə mane olub ölkəni fəlakətdən çıxaraq. Amma, mənim nəzərimcə, bu parlamnent həmin məqsədə nail olunması üçün səmərəli meydan funksiyasını itirib”.

"Vətən" partiyası


Onun sözlərinə görə müxalif “Vətən” partiyası fəaliyyətini parlamentdən kənarda davam etdirəcək, keçmniş prezident Serj Sarkisyana bağlı “Şərəfim var” parlament fraksiyası isə fəaliyyətini dayandıracaq.

Vanetsyan bildirir ki, deputat mandatı onun üçün məqsəd yox, “ölkəyə və dövlətə xidmət aləti” olub.

O əlavə edib ki, bu alət artıq qarşıya qoyulmuş məqsədə çatılmasına yaramır:

“Bugün biz vətənimizi itirmək həddinə çatmışıq. Bizim bundan artıq səhv etmək haqqımız yoxdur. Mübarizənin alternativi yoxdur. Mən dəfələrlə demişəm ki, erməni xalqı, Ermənistan və Artsax (Qarabağ-red) uğrunda mübarizədə partiya bayraqları, ayırıcı xətlər və statuslar yoxdur. Bu, bizim ümummilli mübarizəmizdir. Biz, “Vətən” partiyasının üzvləri, mübarizəmizi xalqımızla birlikdə davam etdirəcəyik”.

Öləziyən etirazlar


Aprelin 17-də oturaq aksiyaya başlayan Vanetsyan demişdi ki, əsəg müxalifətin etirazları baş nazir Nikol Paşinyanın istefası ilə nəticələnməsə, o bir daha parlamentə qayıtmayacaq.

Vanetsyan iddia edirdi ki, Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırlaşır.

Paşinyan hökuməti isə bildirirdi ki, əksinə Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək əzmindədir.

İki əsas parlament fraksiyasından olan müxalifət bir neçə həftə ərzində fasiləsiz aksiyalar keçirirdi.

Bunlar keçmiş prezidentlər Robet Koçaryanın və Serj Sarkisyanın Hayastan və “Şərəfim var” fraksiyalarıdır.

Nəhayət iyunun 14-də müxalifət Yerevanın mərkəzində qurduğu çadırları yığışdrımaq və aksiyaları gündəlik yox, həftəlik qaydada davam etdirmək qərarını elan etmişdi.

Paşinyan tərəfdarları bildirirlər ki, etirazların beləcə zəifləyib sönməsi müxalifətin geniş xalq kütlələri arasında nüfuza malik olmaması ilə bağlıdır.