Logo
news content
User
Kateqoriyalar

Xəbər

O olmasın, bu olsun... - Türkiyə təyyarə üçün Rusiyaya üz tuta bilər

ABŞ-dan "F-16" qırıcılarını satın almaq təklifinə cavab almayan Türkiyə alternativ variantları nəzərdən keçirə bilər.

Pressklub.az xəbər verir ki, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bildirib ki, ABŞ cavab verməsə Ankara Moskvaya müraciət edə bilər.

“İnanıram ki, zəlzələlərdən sonra Türkiyə F-16 tələb etməkdən imtina edəcək, çünki dəyəri 20 milyard dollardır” - Ç. Erhan bildirib.

O qeyd edib ki, Ankara, Amerika Konqresinin hələ də müxtəlif növ bəhanələrlə təmin etməkdən imtina etdiyi “F-16”ları Vaşinqtondan tələb etməklə səhv edib.

“Türkiyə dərhal “F-16”larla bağlı qərarını dəyişdirməlidir. Digər variantlar da mövcuddur. Məsələn, Çinin Pakistana satdığı təyyarə, Rusiya təyyarələri, eləcə də “EuroFighter” qırıcıları”.