Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nyu-Yorkda dəhşətli yanğında 19 nəfər ölüb

ABŞ-ın Nyu-York şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində ən azı 19 nəfər ölüb. Ölənlərdən 9 nəfəri uşaqdır.

Bu barədə yanğınsöndürmə idarəsindəki mənbəyə istinadən “Associated Press” xəbər verib.

63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 32-sinin həyatı təhlükə altındadır.

Nyu-York meri Erik Adamsın sözlərinə görə, bu, şəhər tarixində ən böyük yanğınlardan biridir: “Rəqəmlər dəhşətlidir. 32 nəfərin həyatı risk altındadır, daha 9 nəfər ağır xəsarət alıb. Bundan başqa 22 yaralının xəsarətləri yüngüldür”.

Yanğın 19 mərtəbəli yaşayış binasının aşağı mərtəbələrindən birində baş verib. Yanğının başladığı iddia edilən mənzilin qapısı açıq olduğu üçün alov və tüstü sürətlə yayılıb. İkinci və üçüncü mərtəbələrı alov bürüyüb, tüstü növbəti mərtəbələrə qalxıb.

Yanğınla mübarizəyə 200 yanğınsöndürən cəlb olunub. Zərərçəkənlər, o cümlədən uşaqlar 5 şəhər xəstəxanasına aparılıb.