Logo
news content
User
Kateqoriyalar

Xəbər

Noyabrda Əliyev-Paşinyan-Mişel görüşü olacaq

Gələn ay Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı qeyd edilib.

Bildirilib ki, söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olunub.