Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Noyabra qədər sülh müqaviləsi imzalana bilər" - Paşinyan

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.

Bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib.

Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.

Ermənistan Baş naziri həmçinin iki ölkə XİN başçısının mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarına dair irəliləyişə ümid edir.