Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nişanlısı İbrahimdən 3 gün sonra Günel də öldü...

İyunun 12-də Şəki şəhərində baş verən yol qəzasında yaralanan Günel Göyüşova vəfat edib.

Xatırladaq ki,  “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.

Qeyd edək ki, hadisə İbrahim Ağalarovla nişanlısının Bakıdan rayona getdikləri vaxt baş verib.

Belə ki, paytaxtda işləyən gənclər məzuniyyət götürərək iyunun 19-da Balakəndə keçiriləcək toylarına hazırlaşmaq məqsədilə yola çıxıblar. Onlar iyunun 10-da işdən çıxdıqdan sonra Bakıda bəzi işlərini həll edib gecə saatlarında doğmalarının yaşadığı Balakənin Hənifə kəndinə yola düşüblər. İyunun 11-də gecə saat 3-4 radələrində İbrahim Ağalarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili magistral yolun Şəkinin Aşağı Küngüt kəndindən keçən hissəsində qəzaya uğrayıb. İdarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb.