Nikol Paşinyan və Anna Akopyan arasında münasibətlər sona çatıb
27 Fevral 2026
Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Nikol Paşinyanla münasibətlərinə son qoyduğunu bildirib.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
A.Akopyan bildirib ki, daha əvvəl sosial şəbəkələrdə yayılan vətəndaş nikahının başa çatması haqqında məlumat məhz onların birgə həyatının bitməsini nəzərdə tuturdu.
Onun sözlərinə görə, bundan sonra o, kirayə mənzildə yaşayacaq, çünki onun aldığı mənzil hələ tikinti prosesindədir. Yaşayış xərclərinə gəlincə, onun hesabında 5 milyon dram (13,3 min dollar - red.) qalır.
A.Akopyan vurğulayıb ki, "Mənim addımım" fondunda işini davam etdirmək istərdi.
Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulmasını şərh edib.
O öz şərhini feysbuk sosial şəbəkəsində yazıb.
"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni olmuşam.
Ola bilsin ki, mən ona daha çox acı yaşatmışam, bunun üçün üzr istəyirəm", - Paşinyan yazıb.