Logo
news content
User
Kateqoriyalar

Xəbər

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Dünyaca məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.

Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.