Logo
news content
User
Kateqoriyalar

Xəbər

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var - YENİLƏNİB - VİDEO

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.

"Report" xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.

Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.

15:48

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 6-ya çatıb.

Bu barədə İzmir Valiliyi məlumat yayıb.

Qeyd olunub ki, son rəqəmlərə görə, 3-ü ağır olmaqla 13 nəfər yaralanıb. 8 nəfərin isə dağıntılar altında axtarışları davam etdirilir.

15:06

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 3-ə çatıb.

Bu barədə İzmir Valiliyi məlumat yayıb.

Qeyd olunub ki, 3-ü ağır olmaqla 14 nəfər isə yaralanıb.

Həmçinin partlayış nəticəsində yaranan dağıntılar altında 10 nəfərin qaldığı bildirilir.

14:52

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda 1 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Kemal Memişoğlu "X" sosial media hesabında yazıb.

Nazir qeyd edib ki, hadisə nəticəsində 15 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

13:57

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.