Ukraynanı bu qış dəhşətli fəlakət gözləyə bilər - Xəbərdarlıq edildi
09 Noyabr 2026
Bu qış mövsümündə Ukraynanı dəhşətli humanitar fəlakət gözləyə bilər.
CNN telekanalının xəbərinə görə, bu barədə qlobal münaqişələri izləyən ACLED təşkilatının Şərqi Avropa üzrə eksperti Kristian Vlas danışıb.
"Bu qış dəhşətli humanitar vəziyyətin şahidi olacağıq, üstəlik, keçən il olduğundan daha tez", - deyə o bildirib.
Kristian Vlas iddia edib ki, Rusiya kənd təsərrüfatı və taxıl ixracı kimi vacib sektorlara zərbə endirərək, Ukrayna iqtisadiyyatının müxtəlif sahələrini eyni vaxtda sarsıtmağa çalışır.