Logo
news content
User
Kateqoriyalar

Xəbər

Netanyahu: Trampla görüş əla keçib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşünün onların indiyədək olan bütün ünsiyyətləri ərzində ən yaxşılardan biri olduğunu bildiribBaç nizş nazirin sözlərini "The Times of Israel" nəşri sitat gətirib.

Qeyd edək ki, Ağ evin Oval kabinetində Tramp və Netanyahunun görüşü təxminən saat yarım davam edib.

"Bu, dostumuz, ABŞ Prezidenti Trampla ən yaxşı söhbətlərdən biri idi. Bu, tam əməkdaşlıq ruhunda, qarşılıqlı dəstəklə, ortaq məqsədin - İranın nüvə silahına malik olmasına imkan verməməyin dərk edilməsi ilə keçən bir görüş idi", - İsrailin Baş naziri qeyd edib.

Onun sözlərinə görə, bu dialoq fikir mübadiləsi aparmaq, həmçinin İsrailin təhlükəsizliyi və gələcəyi üçün vacib olan məsələlər üzrə addımları əlaqələndirmək fürsəti verib.

Daha əvvəl Ağ ev liderlərin görüşünün çox müsbət və məhsuldar keçdiyini bildirib.

"Görüş çox yaxşı keçdi. Liderlər gündəlikdəki bütün məsələləri, ilk növbədə, İranı müzakirə etdilər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına sadiq olduqlarını təsdiqlədilər və İsrail ilə Birləşmiş Ştatlar arasındakı möhkəm tərəfdaşlığı, habelə Yaxın Şərqdəki müxtəlif imkanları müzakirə etdilər", - telekanalın həmsöhbəti bildirib.

19:46

İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evin Oval kabinetində keçiriləcək görüşündə İranla münaqişənin, eləcə də "İbrahim sazişləri"nin genişləndirilməsinin müzakirə edilməsi planlaşdırılır.

Bu barədə "The Times of Israel" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər, həmçinin İsrail və Livan arasında çərçivə sazişinin irəlilədilməsi üzrə səyləri müzakirə edəcəklər.

Bildirilib ki, ABŞ-də İsrailin qoşunlarını Livandan çıxarmağa davam etməsini istəyirlər, lakin Netanyahu "oktyabrda keçiriləcək seçkilər ərəfəsində belə bir addıma könülsüz gedir".