Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib
05 Avqust 2026
İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "Facebook" səhifəsində dərc olunan videomüraciətində bildirib.
İsrail Baş nazirinin sözlərinə görə, Ağ ev HƏMAS-ı silahsızlaşdırmağa və Qəzza zolağını silahsızlaşdırılmış zonaya çevirməyə məcbur edə biləcəyini düşünür. Lakin İsrail təklif olunan layihə ilə (Qəzzada tənzimləmə üzrə Sülh Şurasının layihəsi - red.) razılaşmır və artıq informasiya kampaniyası başlamazdan əvvəl öz şərh və qeydlərini göndərib.
"Bu bizim layihəmiz deyil. Biz öz maraqlarımızın arxasında möhkəm dayanırıq", - Netanyahu bəyan edib.
İsrail Baş naziri həmçinin bildirib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə özlərini, dövlətin ərazisini və İsrail vətəndaşlarını qorumaq üçün lazımi hər şeyi etmək əmri verib.