Netanyahu HAMAS liderinin məhv edildiyini açıqlayıb
29 May 2025
İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın lideri Məhəmməd Sinvarı zərərsizləşdirib.
“N12” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Biz HƏMAS-ın idarəetmə potensialının məhv edilməsi yolunda dönüş nöqtəsinə çatdıq. Məhəmməd Sinvarı aradan qaldırdıq”, – o, Knessetdə (parlament) çıxışı zamanı bildirib.
Xatırladaq ki, mayın 13-də İsrail Müdafiə Qüvvələri Xan-Yunisdəki Avropa xəstəxanasının altındakı yeraltı qərargaha zərbə endirdiyini elan etmişdi. Hədəf Qəzza zolağında HƏMAS-a və bu təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşmasına başçılıq etmiş Məhəmməd Sinvar olmuşdu.
Sinvarın meyiti mayın 18-də Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.
Qeyd edək ki, Məhəmməd Sinvar HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşıdır.