Nərgiz Absalamova saxlanılıb, araşdırma aparılır
30 Noyabr 2023
Abzas Media onlayn nəşri ilə əməkdaşlıq edən Nərgiz Absalamova bu gün saat 15.00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
O, binaya daxil olduqdan bir müddət sonra həmkarları onun idarədən aparıldığını görüblər. Onlar hesab edirlər ki, Absalamova saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilmək üçün Xətai Rayon Polis İdarəsinə aparılıb.
Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Turana deyib ki, Nərgiz Absalamova saxlanılıb, araşdırma aparılır.
Absalamovanın vəkili olmayıb.
20-21 noyabr tarixlərində Abzas Media-nın direktoru, direktor müavini və baş redaktoru - Ülvi Həsənli, Məhəmməd Kekalov və Sevinc Vaqifqızı saxlanılıblar. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Onlar hamısı istintaq müddətində 4 aylıq həbsə məhkum edilib.