Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nəhayət! "Nissan" da Rusiyanı tərk etdi

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” Rusiyadakı fəaliyyətini yerli tərəfdaşına keçirəcəyini və Rusiya istehsal bazarından çıxacağını açıqlayıb.

Bu haqda şirkət açıqlama yayıb.

Açıqlamaya görə, direktorlar şurası Rusiyanın Mərkəzi Tədqiqat və İnkişaf Avtomobili və Mühərrik İnstitutunun (NAMI) satışına icazə verib.

“Nissan”ın Rusiyadan çıxmasının 100 milyard yen (680 milyon dollar) “təsiri” olacağı bildirilib.

Qeyd edək ki, şirkət Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, mart ayında Rusiyada istehsalını dayandırıb.