Logo
news content
User
Kateqoriyalar

Xəbər

Neft Emalı Zavodunda yanğın olub

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Nazirlikdən bildirilib ki, yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırıb, daha sonra tam söndürülüb. 

Əraziyə polis əməkdaşları və 3 təcili tibbi yardım briqadası cəlb olunub.