Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nazirin çimərlik geyimində şəkli ölkəni qarışdırdı - FOTO



Norveçin ədliyyə naziri Emili Enger Mehlin İtaliya tətilindən paylaşdığı fotolar geniş müzakirələrə səbəb olub.

Nazir “Instagram” hesabında sörfinq taxtasının üzərində çəkdirdiyi şəklini paylaşıb.

Şəkil izləyicilər tərəfindən bəyənilsə də, müxalifət buna sərt reaksiya verib. Belə ki, müxaliflər nazirin qaydaları pozduğunu deyərək xilasedici jilet geyinmədən sörfinqlə məşğul olmasını qınayıblar.

Nazir isə açıqlama verərək bildirib ki, o heç bir qaydanı pozmayıb:

“Hər kəsə gözəl bir yay tətili arzu edirəm”.