NATO rəhbəri Ukraynaya dəstək üçün Vaşinqtona gedib
18 İyun 2024
Bazar ertəsi ABŞ prezidenti Co Bayden və NATO rəhbəri Yens Stoltenberq uzunmüddətli perspektivdə Ukraynaya dəstəyi müzakirə etmək üçün görüşüblər, Turan-ın Vaşinqton müxbiri bildirib .
"Mən təhlükəsizlik sahəsində Ukraynaya yardım göstərilməsində NATO-nun aparıcı rol oynayacağını gözləyirəm", - baş katib görüşün yekunları ilə bağlı Turan-ın Vaşinqton müxbirinin sualına cavabında deyib.
Onun sözlərinə görə, NATO-nun Ukraynaya dəstək üzrə yeni qərargahı Visbadendə (Almaniya) yerləşəcək. Ukrayna üçün logistik dəstək oradan təmin olunacaq.
Görüş zamanı Stoltenberq Baydenə bildirib ki, NATO üzrə rekord sayda müttəfiq (32-dən 23-ü) bu il müdafiə xərclərini artırıb. Bu 2021-ci ildə olduğundan təxminən dörd dəfə çoxdur, o zaman yalnız altı ölkə zəruri miqdarda vəsaiti müdafiə üçün xərcləmişdi.
Stoltenberqin Vaşinqton görüşü onun Avropada daha çox nüvə silahı yerləşdirməyi təklif etməsindən bir gün sonra baş tutub.
Öz növbəsində, Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın müxbirinə bildirib ki, "vəziyyətin eskalasiyası ilə Rusiya məşğuldur, NATO və ABŞ yox".
Bu gün Stoltenberq dövlət katibi Entoni Blinkenlə görüşəcək və senatorlarla söhbət edəcək. Sabah o, baş nazir Castin Trüdo ilə görüşmək üçün Ottavaya gedəcək. Cümə axşamı Vaşinqtona qayıdacaq və